İraqdan PKK-ya qarşı böyük addım!

Baxış sayı:
2662

Şengallilərin evlərinə dönməsi və təhlükəsizliyinin təmin edilməsi üçün PKK-nın Şengaldan (Sincar) çıxarılması lazım olduğunu ifadə edən İraq Parlamenti, İraq Silahlı Qüvvələrinin Baş Komandanı olan baş nazir Adil Abdulmehdiyə rəsmi müraciət göndərib.
 
Söz mövzusu müraciətdə, Şengallilərin evlərinə dönməsi, xalqın və bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün PKK-nın Şengaldan çıxarılması lazım olduğu ifadə edilir.
İraq Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü kürd parlamentar Nasir Herki Şengalda vəziyyətin normallaşması üçün PKK güclərinin bölgədən çıxarılmasıyla əlaqədar İraqlı səlahiyyətlilərin cəhd etdiyini söyləyib.
Şengal Mahal Məclisinin sədri də İraq Parlamentinin müraciəti ilə əlaqədar, "Bölgə xalqı PKK-nın varlığından ötəri evlərinə dönə bilmir" deyib.
Tələbin Şengal xalqının istəkləriylə reallaşdığını ifadə edən Şengal Mahal Məclisinin sədri, "Həyatın normallaşması üçün PKK-nın Şengaldan çıxması lazımdır" deyib.
PKK son həftələrdə Kürdüstan Bölgəsi sərhədləri içərisində özünə bağlı başqa bir silahlı milis qrupu quraraq bu qrupun bölgədə silahlı hücumlar təşkil edəcəyini bəyan etmişdi.
 
‘PKK-nın varlığı problemdir'
 
Digər tərəfdən, 'Rojev' (Gündəm) proqramına açıqlama verən Ninova El Məclisinin sədroi Seydo Çeto PKK-nın xarici bir güc olduğunu və Şengaldan çıxması lazım olduğunu ifadə etmişdi.
PKK-nın Şengaldakı varlığının problem olduğunu və bu problemi Bağdad hökumətinin həll etməsi lazım olduğunu ifadə edən Çeto, "Şengalda olan PKK güclərinin maaşlarını Bağdad hökuməti ödəyir. PKK xarici bir gücdür və Şengaldan çıxarılması lazımdır" deyib.
Müxalifət.az