İraqdan İran və Türkiyəyə “kürd çağırışı”

İraq Xarici İşlər Nazirliyi Türkiyə və İrana müraciət edərək, İraq Kürd Muxtariyyəti ilə sərhədlərini bağlamasını istəyib. 
Bunu jurnalistlərə açıqlamasında İraq XİN-in rəsmi nümayəndəsi Əhməd Məhcub söyləyib. Onun sözlərinə görə, Bağdad həmçinin hər iki ölkədən kürdlərlə ticarət əməliyyatlarını dayandırmasını da xahiş edib. 
Qeyd edək ki, İraq Kürd Muxtariyyətində sentyabrın 25-də müstəqillik referendumu keçirilib. Referendumu heç bir ölkə tanımayıb.