İraqdan Bərzaniyə qəti çağırış: Dərhal təhvil ver

İraq hökuməti Məsud Bərzani hakimiyyətindən bütün sərhəd nöqtələrinə və hava limanlarına nəzarəti təhvil verməsini istəyib.
 
Bu barədə “TRT Xəbər” informasiya yayıb.
Qonşu dövlətlərə çağırış edən rəsmi Bağdad, neft və sərhəd məsələlərində yalnız İraq hakimiyyəti ilə münasibətlərin qurulmasını tələb edib.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilməsi nəzərdə tutulub.