​İraqdan ballistik raket iddiasına reaksiya: İranın bu addımı...

Baxış sayı:
934

Mətbuatda İranın İraqdakı Haşdi Şabi qruplaşmasına ballistik raket verməsi ilə bağlı iddialar yayılıb. Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Mahçup deyib. "Lakin bu iddiaları sübuta yetirəcək faktlar yoxdur. İraq torpaqlarında başqa bir ölkənin təhlükəsizliyinə təhdid yaradan hərbi bazanın qurulmasına imkan verməyəcəyik", - sözçü bildirib. Qeyd edək ki, bir qədər əvvəl İranın İraqdakı şiə qruplaşmalara qısamənzilli ballistik raketlər və bu raketlərin istehsal vasitələrini göndərməsi ilə bağlı xəbərlər yayılıb.