İraqdakı “SEÇKİ OYUNU” SURİYAYA DAŞINDI

Baxış sayı:
52

Suriyanın Qamışlı rayonundakı seçki məntəqəsində PKK-nın terrorçubaşı Öcalanın portreti asılıb və bu ideoloji təzyiq altında seçki oyunu həyata keçirilir.
 
İmperialistlərin Kürdlər üzərindəki oyunu bitmək bilmir
 
Şimali İraqda IKBY rəhbəri Məsud Bərzanini müstəqillik referendumuna təhrik etməklə regionu xaosa sürükləməyə çalışan imperialistlər, oradakı plan baş tutmayınca, bu dəfə Şimali Suriyada bənzər bir tamaşanı səhnəyə qoyub.
Ötən bazar günü ABŞ-ın göndərdiyi 4 min TIR-lıq silahla silahlanmış PKK/PYD terrorçularının kölgəsində Cizre, Fərat və Afrin bölgələrində seçki qutuları qurularaq seçki tamaşası həyata keçirilib. Ərəb, Türkmən və Asurilərin terrorçular vasitəsi ilə yerlərindən qovulmasından sonra keçirilən seçkilərlə Suriyanın şimalında qondarma müstəqil bir Kürd bölgəsi yaradılmağa çalışılır.

Hər seçki mərkəzində 6 əsas, 2 ehtiyat olmaqla 10 min 280 seçki komissiya üzvlərinin himayəsi altında keçirilən qondarma seçkilərlə Bərzaninin bacarmadığı müstəqil bir Kürd dövlətinin ilk addımları atılmağa çalışılır. Rusiyanın da seçki oyununa Kürdləri birdəfəlik ABŞ-a təslim etməmək üçün örtülü dəstək verdiyi bildirilir. Bu addım Şimali İraqda həyata keçirilə bilməyən xaosun Suriyaya daşınması kimi qiymətləndirilir.

Müxalifət.az