İraqda valideynlərini itirmiş uşaqlar Bakıya gətirildi

Baxış sayı:
286

İraqın Bağdad şəhərinin valideynlərini itirmiş azərbaycanlı uşaqlar ölkəyə gətirilib.
Muxalifet.az Oxu.Az-a istinadən məlumatına görə, Bağdad şəhərinin uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşları olan, valideynlərini itirmiş azyaşlı uşaqların Azərbaycana gətirilməsi, daha sonra yerləşdirilməsi, səhiyyə xidmətlərinə cəlb edilməsi, sosial və psixoloji realibitasiyası və digər tədbirlərin görülməsi ilə bağlı proseslərin əlaqələndirilməsi üçün müvafiq dövlət orqanlarının iştirakı ilə İşçi Qrup yaradılıb.
Azərbaycan Hökuməti tərəfindən 2018-ci ilin avqust ayı ərzində İraqdan Azərbaycan vətəndaşı olan valideyn himayəsindən məhrum olmuş doqquz uşaq Azərbaycana gətirilib. Dövlət qurumlarından ibarət işçi qrup tərəfindən uşaqların təhlükəsizliyi təmin edilib və hüquqlarının müdafiəsi istiqamətində səhiyyə, sosial, psixoloji, hüquqi və digər xidmətlər göstərilib.
Bu fəaliyyətin davamı olaraq uşaqlar qohumlarının müraciəti əsasında yerli icra hakimiyyətlərinin qərarı ilə qəyyumluğa götürülüb. 
Hal-hazırda uşaqların realibitasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı iş davam etdirilir.