İraqda türk diplomatı öldürənin kimliyi bilindi

Baxış sayı:
256

İraqın Ərbil şəhərində türkiyəli diplomat Osman Kösenin ölümü ilə nəticələnən hücumda iştirak edənlərdən biri Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) deputatı Dersim Dağın böyük qardaşı imiş.
İHA xəbər verir ki, iyulun 17-də baş vermiş hadisədən sonra Ərbil Polis İdarəsi hücum edənlərdən birinin Türkiyənin Diyarbəkir şəhər sakini Mazlum Dağ olduğuna dair məlumat yaymışdı.
1992-ci il təvvəllüdlü M.Dağın Diyarbəkirdən Türkiyə parlamentinə millət vəkili seçilmiş D.Dağın qardaşı olduğu məlum olub.
İddiaya əsasən, D.Dağ deputat olmaq üçün PKK terror təşkilatına təzyiq göstərib və istəyinə nail olub.
Qeyd edək ki, qətlə yetirilmiş diplomat Türkiyənin Ərbildəki Baş konsulluğunda çalışıb.