İraqda partlayış törədilib, ölənlər və yaralananlar var

Baxış sayı:
6076

İraqda terror aktı törədilib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Mosulda baş verib. İçində bombanın olduğu avtomobilin partladılması nəticəsində 2 nəfər həlak olub, daha 16 nəfər yaralanıb. Bildirilir ki, ölənlərdən biri polis əməkdaşıdır.
Əraziyə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib və hadisə ilə araşdırmalara başlanılıb. Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, ABŞ İraqda fəaliyyət göstərən “Harakat əl-Nucaba” qruplaşmasını terrorçu elan edib.