​İraqda parlament seçkilərinin vaxtı açıqlandı

İraqın Nümayəndələr Şurasına (parlament) seçkilər 15 may 2018-ci il tarixində keçiriləcək.
Bu barədə İraqın baş naziri Heydər əl-Abadinin Dəftərxanası məlumat yayıb.
Hökumət seçkilərin keçirilməsi üçün zəruri təhlükəsizlik şəraitinin yaradılması barədə göstəriş verib. Səsvermə elektron qaydada aparılacaq. Öz silahlı birləşmələri olan partiyalar seçkilərə buraxılmayacaq.