İraqda Cümə namazında “intihar” hücumu! Çox sayda ölü və yaralı var

Baxış sayı:
9721

İraqın paytaxtı Bağdadda Cümə namazı əsnasında bir məscidə qarşı təşkil edilən bombalı hücumda 10 adam ölüb, 30 adam yaralanıb.
 
Yerli mediada yer alan xəbərlərə görə, Bağdadın şərqindəki Belediyat bölgəsində olan Şiələrə aid əl-Muntazar Məscidinə girən bir intiharçı terrorçu üzərindəki bombanı partladıb. Hücumda ilk xəbərlərə görə, 10 adamın öldüyü, 30 adamın yaralandığı ifadə edilib.
Qeyd edək ki, əvvəlki dövrlərə görə nisbi bir sabitliyin müşahidə edildiyi Bağdadda, bir müddətdir ibadət yerlərini hədəf alan bu cür hücumlar yaşanmırdı.
Müxalifət.az