İraq və Türkiyə arasında imzalar atıldı

Baxış sayı:
4327

İraqda yeni hökumət qurulana qədər vəzifəsinə davam edən baş nazir Heydər İbadinin ofisindən edilən açıqlamada, Nazirlər Kabinetində, İraq və Türkiyə Daxili İşlər Nazirlikləri arasındakı təhlükəsizliklə bağlı iş birliyi protokolunun təsdiq edildiyi ifadə edilib.
 
Açıqlamada əməkdaşlıq protokolu ilə bağlı məlumat verilməyib.
Digər tərəfdən, Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə, protokol iki ölkə arasında sərhəd təhlükəsizliyi mövzusunda təhlükəsizlik koordinasiyası məqsədi daşıyır.
Mənbənin sözlərinə görə, hazırda sərhəd təhlükəsizliyi İraq Daxili İşlər Nazirliyinin sərhəd qoşunları tərəfindən qorunur.
Açıqlamada, İraqın öz torpaqlarından Türkiyə ərazisinə yönəlik hər hansı bir hücumun reallaşmaması üçün üst səviyyə bir koordinasiya üçün çalışıldığı və iki ölkənin suverenliyinə hörmət duyulduğu qeyd edilib.
Qeyd edək ki, İbadi, keçən ay Türkiyə ilə sərhəd bölgəsinin təhlükəsizliyi üçün silahlı qüvvələrin yerləşdirilməsi təlimatını vermişdi.
Müxalifət.az