İraq və İrandan ‘Pəncə” Əməliyyatına dəstək!

Baxış sayı:
745

Şimali İraqdakı terrorçulara qarşı başladılan “Pəncə” Əməliyyatı əvvəlcə sıx diplomatik danışıqlarla müşayiət olundu. İraq, IKBY və İranla görüşlər keçirilərək dəstək alındı. Beləcə daha əvvəlki əməliyyatlarda İraq və IKBY rəhbərliyindən eşidilən "Türk əsgərinin burada nə işi var" ifadəsi bu dəfə dilləndirilmədi.
 
27 mayda başladılan əməliyyatdan əvvəl İraqla təmas quruldu. Prezident Rəcəb Tayyib Ərdoğan ilə İraqın yeni prezidenti Berhem Salehin görüşündə Şimali İraqdakı terror varlığı ən əhəmiyyətli mövzu oldu.
İyunda İraq Kürd Regional Rəhbərliyinin başçılığına seçilən Neçirvan Bərzaninin andiçmə mərasimində iştirak etmək üçün Ərbilə gedən Xarici İşlər naziri Mevlud Çavuşoğlu da terrorla mübarizəyə dəstək istədi. Beləcə daha əvvəlki əməliyyatlarda İraq və IKBY rəhbərliyindən eşidilən "Türk əsgərinin burada nə işi var" ifadəsi bu dəfə dilləndirilmədi.
 
TEHRAN DA PJAK-i VURUR
 
Türkiyə Suriya prosesində əməkdaşlıq etdiyi İranla da PKK ilə mübarizə mövzusunda təmas qurub. Türkiyənin “Pəncə” Əməliyyatını başlatdığı zaman Tehran rəhbərliyinin də terror təşkilatının İran qolu PJAK-a qarşı əməliyyata cəhd etməsi əməkdaşlığın göstəricisi olaraq qiymətləndirildi.
Müxalifət.az