İraq Suriya sərhədinə qoşun yeritdi

Baxış sayı:
7060

İraq Müdafiə Nazirliyi Suriya sərhədinə hərbi qüvvə göndərdiyini bildirib.
 
Nazirlikdən edilən yazılı açıqlamada, Enbar rayonunun Suriya sərhədindəki Əl-Əli rayonunda yerləşən sərhəd xəttinə möhkəmlətmə güc göndərildiyi qeyd edilib.
Açıqlamada, alınan bu qərarla sərhəd xəttində tam bir təhlükəsizliyin təmin edilməsi və terror təşkilatı İŞİD dəstələrinin ölkə içinə sızmasının qarşısının alınması məqsədinin güdüldüyü vurğulanıb.
 
İŞİD-ın yenidən ortaya çıxacağı iddiaları
 
 İraqın baş naziri Adil Abdulmehdi paytaxt Bağdadda dünən keçirdiyi həftəlik mətbuat konfransında, terror təşkilatı İŞİD-ın bəzi rayonlarda yenidən ortaya çıxacağı iddialarına toxunmuşdu.
Abdulmehdi, "İŞİD İraqdakı havadarlarına ruh verməyə çalışır, ancaq vəziyyət təhlükəsizlik qüvvələrimizin nəzarəti altındadır. İraqda keçmişə nisbətən təhlükəsizlik və sabitlik məsələsi əsas götürülür. İŞİD-ın İraq-Suriya sərhədindən ölkəmizə sızması məsələsi cəhətdən də rahatıq. İŞİD sərhəddə böyük və şiddətli bir zərbə aldı. Bu, Suriya və İraqdakı vəziyyətinə da təsir göstərir" deyib.
 İraqın Suriya ilə sərhəddə "Husaybə", "Kaim", "Əl Vəlid" və "Rabia" adlı dörd sərhəd məntəqəsi yerləşir.
Müxalifət.az