İraq qərar verdi: Kərkükə ordu yeridilir – SON DƏQİQƏ

İraq parlamenti Kərkükə ordu göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Hakim Zamili danışıb.
Zamilinin sözlərinə görə, parlament bundan əlavə İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumda səs verən məmurların vəzifədən kənarlaşdırılması, Kərkük neft yataqlarının rəsmi Bağdada təhvil verilməsi barədə də qərar çıxarıb.
Qeyd edək ki, İraq Kürd Muxtariyyətində bu gün müstəqillik referendumu keçirilir.