​İraq qırıcıları İŞİD-i bombaladı

Baxış sayı:
3022

İraq Hərbi Hava Qüvvələri ABŞ-ın dəstəyi ilə Suriyada İŞİD- mövqelərinə aviazərbələr endirib.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ koalisyasının nümayəndəsi Rayan Dillon məlumat verib.
"Bu həftə İraq Hərbi Hava Qüvvələri bizə məlum olan və İŞİD döyüşçülərinin daşınması üçün istifadə edilən baş qərargaha zərbələr endirib. Bu çətin əməliyyat İraqın təhlükəsizlik qüvvələri və koalisiyanın köməkliyi ilə planlaşdırılaraq həyata keçirilib", - o deyib.