İraq Parlamenti qərar verdi: ABŞ HƏRBİ QÜVVƏLƏRİ İRAQDAN ÇIXARILSIN

Baxış sayı:
1744

Iraq Məclisinin, ölkədəki ABŞ-ın hərbi varlığını müzakirə etmək üçün toplandığı iclasda, Iraq baş naziri Adil Abdulmehdi, ABŞ-ın Qasım Süleymani hücumu ile bağlı təcili açıqlamalar verdi. İclasın sonunda; Iraq Parlamenti, ABŞ hərbi kontingentinin ölkədən çıxarılmasına qərar verdi.
Muxalifet.az 
bu barədə "Hurriyet"ə istinadla bildirir.
Iraq Məclisi, Muhamməd əl-Halbusinin sədrlyi ilə iclas keçirdi. Şiə millət vəkilləri, iclasdan əvvəl “Amerikaya yox” və “Bağdad müstəqil qalacaq, Amerika kənara” şüarları ilə çıxış etdi. Iraq baş naziri Adil Abdulmehdinin də iştirak etdiyi iclasda, ABŞ qüvvələrinin ölkədəki varlığı müzakirə olundu, keçirilən səsvermədə səs çoxluğu ilə ABŞ və diğər xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına qərar verildi.
Məclisin verdiyi açıqlamada, qərarın yerinə yetirilməsinə cavabdehliyin hökumətə aid olduğu bildirildi.
Səsvermədən sonra, şiə deputatlar məclisdə, “ABŞ-a yox”, “Mühəndisə hə”, “Süleymaniyə hə” və “Ey işğalçı çıx çölə” şüarlarını ifadə etdi.
İrana yaxın Şiə qrupların, ABŞ qüvvələrinin ölkədən çıxarılması istiqamətində qərar verilməsi üçün millət vəkillərinə təzyiq etdiyi iddia edildi.
Şiə hərbi qruplaşması Asayib Ehlilhak təşkilatı lideri Kaysa əl-Hazali, sosial mediyadan verdiyi açıqlamada, "Məclis, Iraq suverenliyi və Iraqlılara qarşı yönəlmiş təcavüzə qarşı lazım olan qərarı verməsə, bundan sonra bu Məclisin iclas ve qərarlarının heç bir dəyəri olmayacaq”, deyə ifadə etdi.
Iraq baş naziri Adil Abdulmehdinin açıqlamaları belə oldu; "Süleymani o gün öldürülməsəydi, onunla görüşəcəkdik. Süleymani bir Səudiyyə Ərəbistanlıya İranın mesajını çatdırmağı planlaşdırırdı. Süleymani və Mühəndisin öldürülməsi siyasi sui-qəsd idi. Parlamenti təcili Iraqdakı əcnəbi əsgərlərin mövcudluğu mövzusunda tədbirlər görməyə dəvət edirəm ".
Muxalifet.az