İraq parçalanma təhlükəsi ilə üz-üzədir – Türkiyəli ekspert

İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendumun keçirilməsi ölkənin parçalanmasına gətirib çıxara bilər, bu isə bütün regionda acınacaqlı nəticələrə səbəb olacaq.
 
Bunu Trend-ə Türkiyənin “Şarkiyat” elmi-tədqiqat mərkəzinin vitse-prezidenti Cahit Tuz deyib.
Onun sözlərinə görə, parçalanma təhlükəsi ilə təkcə İraq yox, regionun digər ölkələri də üz-üzədir.
Ekspertin fikrincə, Kürd muxtariyyətində referendumun keçirilməsi yanlış qərardır: “Bu referendum həm də regionun stabilliyi üçün təhlükə törədir”.