​İraq ordusundan həmlə: Bərzaniyə 4 istiqamətdən hücum

Mosulun şimal-qərbində İraq ordusu ilə peşmərgə qüvvələri arasında şiddətli döyüşlərin başlandığı bildirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İraq Kürd Administrasiyasının Təhlükəsizlik Agentliyi məlumat yayıb.
Haşdi Şabinin də dəstək verdiyi ordu qüvvələrinin 4 istiqamətdən hücuma keçdiyi deyilib.
Belə ki, müttəfiq ordular Bardiye və Hamad Ağa kəndindən Ayn Uveysə, Muşrefdən Sufaya kəndinə, Rafia qəsəbəsindən isə Mahmudiyyəyə doğru peşmərgəyə qarşı hücuma keçiblər.
İraq ordusunun 16-cı alayının komandiri Hüseyn Anbaki daha öncə ordunun bəzi bölgələrdən geri çəkilməsi səbəbindən peşmərgənin Mosulun Mahmuri mahalına daxil olaraq orada möhkəmləndiyini bildirib.