İraq ordusu Türkmən şəhərinin azad olunmasına başlayıb

 İraq ordusu Telafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb.
 
BBC-nin verdiyi məlumata görə, bunu İraq baş naziri Haydar əl-İbadi bəyan edib.
İraq baş naziri terrorçuların təslim olmaq və ölüm arasında seçim etmək imkanı olduğunu söyləyib.
Qeyd edək ki, türkmən şəhəri olan Telafər 2014-cü ildə İŞİD-in nəzarətinə keçib. Telafər İraqda İŞİD terrorçularının nəzarətində olan son böyük şəhərdir. Telafər Mosulla Suriya sərhədi arasında strateji mövqedə yerləşir.