İRAQ ORDUSU SURİYA SƏRHƏDİNDƏ

Baxış sayı:
3346

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İraq Nazirlər Kabinetinin mətbuat katibi Səəd Hadisi ordunun Suriya sərhədində hazır vəziyyətə gətirildiyini bildirib. Hadisi deyib: “Suriyada artmaqda olan gərginliyin ölkəmizin və bölgənin vəziyyətinə mənfi təsir eləməməsi məsələsində israrlıyıq. Hər cür terror hücumlarının qarşısını almaq üçün İraq qüvvələri Suriya sərhədində hazır vəziyyətdədirlər”.