İraq ordusu Sincara GİRDİ - PKK QAÇDI

Baxış sayı: 129

 İraq mərkəzi hökumətinə sadiq təhlükəsizlik qüvvələri Mosulun Sincar rayon mərkəzində nəzarəti təmin etdi.

Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq ordusu Kərkükün mərkəzində nəzarəti tam ələ keçirəndən sonra indi də PKK terror yuvasına çevrilən Sincara girib.
 Bərzaniyə yaxınlığı ilə seçilən  xəbər saytı “Rudaw”, Haşdi Şabi ilə İraq əsgərlərinin İraqın Sincar şəhərinə girdiyini irəli sürüb. Peşmərgənin hər hansı bir qarşıdurma yaşamadan geri çəkildiyi bildirilib.
İraq gücləri, Peşmərgənin əlində olan Avana və Bay Hassan neft sahələrini nəzarəti altına alıb.
Sincara girən Haşdi Şabi döyüşçülərinin sayının 500 - 600 ətrafında olduğu, Federal Polis və ordu qüvvələrinin isə şəhər mərkəzinə daxil olmayıb, yalnız ətraf rayonlarda cəmləşdiyi öyrənilib.
Müxalifət.az