İraq ordusu “QƏLƏBƏ” ELAN ETDİ

 İraq ordusu IKBY-nin əlində olan və mübahisəli olaraq qəbul edilən bölgələri azad etmək üçün keçirdiyi hərbi əməliyyatda bütün hədəflərə çatdıqlarını elan edib.
 
Müxalifət.az xəbər verir ki, İraq ordusu Peşmərgələr üzərində bütün ərazilərdə qələbə çaldıqlarını bəyan edib.
2014-cü ildə İŞİD terrorçularını fürsət bilən Məsud Bərzani Kərkük, Sincar, Mahmur, Celavla və Hanek kimi mübahisəli rayonları öz ərazisinə qatmışdı. Qanunsuz referendumdan geri çəkilməyən Bərzani, 48 saat ərzində bu əraziləri tamamilə itirdi. Bununla da regionda “Kiçik İsrail” layihəsi dəfn edilmiş oldu.
Müxalifət.az