İraq ordusu peşmərgəni DARMADAĞIN ETDİ - TOPLAR İŞƏ DÜŞDÜ

İraq ordusu ilə peşmərgə qüvvələri arasında Ərbil şəhərinin 60 km yaxınlığında silahlı qarşıdurma yaşanıb.
İraq ordusunun Qızıl Körpü qəsəbəsini nəzarət altına almasının ardınca peşmərgə qüvvələri Kərkük-Ərbil yolunda səngər quraraq yeni mövqeyə keçmişdilər. Ordu birliklərinin bu mövqelərə yaxınlaşmasına peşmərgələr silahla cavab veriblər.
Qarşıdurma əsnasında İraq tankları peşmərgələri ağır toplarla atəşə tutub. Nəticədə peşmərgənin canlı qüvvələri dağıdılıb və maşınları yanıb.
Hadisə nəticəsində hər iki tərəfdən ölən və yaralananlar olub. Lakin onların dəqiq sayı açıqlanmır.