İraq ordusu ilə PKK arasında silahlı qarşıdurma!

Baxış sayı:
4546

İraqın baş nazirinə bağlı Təhlükəsizlik Media Şəbəkəsindən edilən yazılı açıqlamada, İraq əsgərlərinin Mosula bağlı Şengal (Sincar) bölgəsindəki Tirin Əməliyyatlar Komandanlığı 72-ci Briqadasına bağlı hərbi nəzarət nöqtəsində terror təşkilatı PKK terrorçularına keçid icazəsi verilmədiyi üçün toqquşma baş verdiyi irəli sürülüb.
Baş verən münaqişədə 2 İraq əsgərinin həyatını itirdiyi bildirilərkən, 5 PKK-lı terrorçunun yaralandığı qeyd edilib.
Müxalifət.az