İraq ordusu ilə Peşmərgə arasında ŞİDDƏTLİ DÖYÜŞ GEDİR

 Ərbil-Kərkük arasında İraq ordusu ilə Peşmərgə arasında şiddətli qarşıdurmalar yaşanır.
 
Müxalifət.az-ın  xəbərinə görə, bu barədə Reyters məlumat yayıb.
Reutersın xəbərə görə, Ərbil-Kərkük arasında İraq ordusu ilə Peşmərgə arasında şiddətli döyüşlər gedir.
Baş verən kəskin münaqişədə ağır silahların istifadə edildiyi bildirilib.
Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) rəsmi internet saytına danışan bir təhlükəsizlik əməkdaşı, Kərkük-Ərbil avtomobil yolu üzərində yerləşən Altunköprüdə Peşmərgə ilə İraq təhlükəsizlik qüvvələri arasında qarşıdurma çıxdığını söyləyib.
Qarşıdurmanın Altunköprü qəsəbəsinə nəzarət etmək istəyən İraq ordusu ilə Peşmərgələr arasında baş verdiyi bildirilir.
Regionda gedən döyüşdə hər iki tərəfdən də ölü və yaralıların olduğu məlumatı var.
Müxalifət.az