İraq ordusu daha bir şəhəri ələ keçirdi - Peşmərgə geri çəkilir

İraq ordusu Kərkük və Sincardan sonra daha bir bölgəni nəzarəti altına alıb.
Ordu Mosulun Mahmur bölgəsinə daxil olub. Peşmərgə isə bölgədəki qarşıdurmadan geri çəkilib.
Qeyd edək ki, İraq ordusu bu gün səhər saatlarında Haşdi Şabi şəhərinin Sincar bölgəsinə daxil olmuşdu. Peşmərgə burada da orduya müqavimət göstərə bilməmişdi.