​İraq liderindən azərbaycanlılarla bağlı AÇIQLAMA

Baxış sayı:
14197

Türkmanların haqlı tələblərinin yerinə yetirilməsi və İraqın yenidən inşasında onlara daha çox yer verilməsi bütün tərəflərin məsuliyyətidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Prezidenti Berhem Saleh Türkman Cəbhəsinin lideri Ərşad Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Ölkədə birgə yaşayışın önəmini vurğulayan prezident siyasi tərəflər arasındakı problemlərin dialoq və ümumi anlayış əsasında həllinin vacibliyini bildirib.
Nümayəndə heyəti də öz növbəsində İraqın milli suverenliyinin tərəfdarı olduqlarını bəyan edib və hökumət proqramını dəstəklədiklərini vurğulayıblar.
Xatırladaq ki, türkmanlar Azərbaycan türkləridir.