İraq Kürdüstanda keçirilən referendumu tanımayacaq

Səfir: Bu, Konstitusiyamızla ziddiyyət təşkil edir
 
İraqın Rusiyadakı səfiri Heydər Hadi bildirib ki, rəsmi Bağdad Kürdüstan hakimiyyətinin müstəqilliklə bağlı referendumunun legitimliyini tanımır.
Bu barədə "İzvestiya" məlumat yayıb.
"Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, İraq kürdlərinin sentyabrın 25-də nəzərdə tutduqları referendum hökumət tərəfindən qəbul olunmur. Bu, bizim Konstitusiyamızla ziddiyyət təşkil edir", - deyə o bildirib.
Diplomat vurğulayıb ki, BMT nöqteyi-nəzərindən də referendum qanunsuzdur.
"Müraciət edib deyirik ki, gəlin referendumu dayandıraq və nə qədər ki, bütün problemli məsələlər üzrə görə anlaşmaya gəlməmişik, dialoqu davam etdirək. Çünki indi (referendumun-red) vaxtı deyil", - deyə Hadi fikirlərini yekunlaşdırıb.