İraq kürdlərə qarşı birləşir - KAMPANİYA

İraqın Süleymaniyə şəhərində bir qrup siyasətçi, jurnalist və fəal 25 sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumuna qarşı “YOX” kampaniyasına start verib.

Hərakatın sözçüsü Rabun Maruf Süleymaniyədə keçirdiyi mətbuat konfransında kampaniya üçün hazırlıqlara rəsmi şəkildə başladıqlarını bildirib.  
Maruf 25 sentyabrda keçirilməsi nəzərdə tutulan referendumun təxirə salınmasını tələb etdiklərini bildirərək, bölgə əhalisindən onlara dəstək verməyi xahiş edib.
Qeyd edək ki, İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzani verdiyi açıqlamada sentyabr ayının 25-də müstəqilliklə bağlı referendumun keçiriləcəyini deyib.
İraqın Baş naziri Heydər Abadi isə açıqlamasında bunun konstitusiyaya zidd olduğunu və referendumu tanımayacaqlarını söyləyib.