​İraq hərbçiləri 100-ə yaxın İŞİD terrorçusunu məhv etdi

İraqda İŞİD terror təşkilatına qarşı döyüşlər hökumət qüvvələrinin üstünlüyü ilə davam edir.
Muxalifet.az xəbər verir ki, İraq hərbçiləri Əl-Qaim şəhəri ərazisində beş kəndi, dəmir yolu stansiyasını və elektrik stansiyasını İŞİD terrorçularından təmizləyiblər. Bundan başqa, İraqın qərbində İŞİD terrorçularının məskəni sayılan anbar darmadağın edilib.
Bu barədə ordu komandanlığının məlumatında bildirilib. Qeyd edilib ki, oktyabrın 26-dan 28-nə qədər gedən döyüşlərdə 75-dən çox terrorçu məhv edilib. Döyüş zamanı 100-ə yaxın terrorçu yaralı halda ələ keçirilib. Əməliyyat zamanı Ən-Nazva, Ən-Nahiyyə, Əl-Amari, Ət-Təzaliyə və Rataca kəndlərini azad edilib.
Keçirilən əməliyyat nəticəsində terrorçuların çoxlu silah və sursatı müsadirə olunub. Terrorçuların ordu qüvvələri üçün tələ kimi hazırladığı 9 bomba yüklü avtomobil partladılmamış halda ələ keçirilib. Bundan başqa, 378 bomba zərərsizləşdirilib, terrorçuların 3 komandiri öldürülüb.