​İraq hökumətindən Səddam Hüseyn – QƏRARI

Baxış sayı:
5806

İraq hökuməti 2003-cü ildə öldürülən diktator Səddam Hüseyn başda olmaqla BƏƏS liderlərinin və onların ailə üzvlərinin müsadirə ediləcək mülklərinin siyahısını açıqlayıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, siyahıda 2010-cu ildə edam edilən Səddamın yaxın qohumu Əli Həsən əl-Məcid, 2007-ci ildə edam edilən diktatorun ögey qardaşı Bərzan İbrahim Həsən əl-Tikriti, 2007-ci ildə edam olunan İraqın keçmiş prezidentinin köməkçisi Teha Yasin Ramazan və 2015-ci ildə ölən sabiq xarici işlər naziri Tarık Əzizin mülkləri üstünlük təşkil edir.