İraq höküməti İKBY İLƏ ANLAŞDI - TƏFƏRRÜAT

İraq Kürd Regional Rəhbərliyi (IKBY) 25 sentyabrda həyata keçirdiyi müstəqillik referendumunun ardından Bağdad rəhbərliyinin mübahisəli ərazilərə qarşı başlatdığı əməliyyatdan sonra baş verən qarşıdurmalardan sonra ABŞ-ın vasitəçiliyi ilə bir araya gələn mərkəzi Bağdad rəhbərliyinin İKBY ilə bəzi məsələlərdə anlaşıldığı bildirildi.
 
Razılaşma çərçivəsində, 2003 il İraq müharibəsindən sonra Peşmərgənin nəzarətində olan İraqla Suriya arasındakı sərhəd məntəqəsi olan Peşhabura (Simelka) 14 il fasilədən sonra bu gün İraq hərbi heyətinin gəldiyi bildirildi. Yenə də müqaviləyə əsasən, 16 oktyabrda İraq ordusunun Haşdi Şabi qüvvələri ilə Peşmərgədən aldığı Kərkükdən ayrılan kürd polis və əsgərlərin Kərkükə geri dönəcəyi də qeyd olunub.
Mərkəzi Bağdad rəhbərliyinin 16 oktyabrda mübahisəli ərazilərə qarşı başlatdığı əməliyyatdan sonra IKBY-nə bağlı Peşmərgələr və İraq ordusu ilə Haşdi Şabi qüvvələri arasında baş verən toqquşmalardan sonra 2 gün əvvəl ABŞ-ın vasitəçiliyi ilə tərəflər Mosulda bir araya gəlib. Atəşkəs elan olunmasından sonra aparılan danışıqlarda tərəflərin bəzi məsələlərdə  anlaşdığı bildirildi. IKBY-nə yaxınlığı ilə tanınan K24 Televiziyasına görə, Ərbil ilə Bağdad inzibati sərhədlər, sərhəd qapıları və hava limanları məsələsində anlaşma əldə ediblər. Mosulda dünən ABŞ hərbi rəsmilərinin də iştirakı ilə gerçəkləşən görüşdə Kürd rəhbərliyi inzibati sərhədlərini, Peşmərgə ilə İraq hərbi qüvvələri arasındakı sərhəd olaraq qərarlaşdırıb.
 
 BİRGƏ GÜC YARADILACAQ VƏ ABŞ ƏSGƏRLƏRİ DƏ OLACAQ
 
 IKBY və İraq nümayəndə heyətləri arasında ikinci görüşdə varılan anlaşmaya görə isə mübahisəli bölgə olub, hazırda Peşmərgənin nəzarətində olan Mahmudiye, Sihela, Şexan, Fayda, Elqoş, Giwer, Meqlob və Xazir bölgələri üçün birgə güc yaradılacaq. Bu bölgələri Ərbil və Bağdad birlikdə idarə edəcək, təhlükəsizliyi isə yaradılacaq birgə güc tərəfindən təmin olunacaq. Görüşlərdə Peşhabur (Simelka) Sərhəd Qapısı mövzusunda da razılıq əldə olunub. Razılaşmaya görə, Peşmərgə qüvvələri ilə yanaşı, İraq və ABŞ əsgərlərinin də sərhəd qapısının olduğu bölgədə olacağı qeyd olunub.
Müxalifət.az