​İraq dövləti qərar verdi: ÖLKƏ PARÇALANMAYACAQ

Muxalifət.az xəbər verir ki, İraq Federal Məhkəməsi Konstitusiyanın ölkənin heç bir hissəsinə ayrılmaq hüququ vermədiyini bildirib.
İraq Federal Məhkəməsinin mətbuat katibi İyas Samuk yazılı bəyanat verib. Bəyanatda deyilir: “Konstitusiyanın 1-ci və bu məsələ ilə bağlı digər maddələri İraqın ərazi bütövlüyünün qorunmasının lazım olduğunu bildirir. 109-cu maddə bütün şəhərlərdəki federal idarələrə bu birliyi mühafizə eləmək məsuliyyəti yükləyir”.