İraq baş nazirindən Trampa sərt təpki: Sözünü geri götür!

Baxış sayı:
6142

İraqın baş naziri Abdulmehdi paytaxt Bağdadda keçirdiyi həftəlik mətbuat konfransında ABŞ prezidenti Trampın sözlərinə istinadən, "Torpaqlarımızın hər hansı bir ölkə tərəfindən başqa ölkələrə hücum edilməsi üçün istifadə edilməsini qəbul etmirik" deyib. İraqın baş naziri, Trampın mövzu ilə bağlı sözünü geri götürməsini istəyib.
 
 İraqda ABŞ-ın hərbi bazasının olmadığını qeyd edən Abdulmehdi, İraqlı əsgərlərin təlimi üçün yalnız Amerikalı müşavirlərin olduğunu qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar günü Amerikanın CBS televiziyasına verdiyi açıqlamada, ABŞ-ın İraqdakı “Aynül Əsəd” bazasına çox pul xərclədiyini bildirərək, "İraqdakı bazanı saxlamaq istəməyimin səbəblərindən biri İranı bir qədər izləmək istəyirəm, çünki İran həqiqi bir problemdir" demişdi.
 
ABŞ-ın İraqdakı hərbi mövcudluğu
 
 ABŞ 2003-ci ildə işğal etdiyi İraqda təxminən 166 min əsgəri dekabr 2011-ə qədər varlıq göstərmiş, bu tarixdən sonra keçmiş prezident Barak Obamanın göstərişi ilə bütün əsgərini İraqdan çəkmişdi.
Ancaq terror təşkilatı İŞİD-ın 10 iyun 2014-də ortaya çıxmasından sonra dövrün İraq baş naziri Nuri el-Malikinin çağırışından sonra ABŞ yenidən əsgərlərini İraqa göndərmişdi.
 ABŞ Xarici İşlər Nazirliyinin verdiyi son məlumatlara görə, iki ölkə arasında 2014-ci ildə imzalanan hərbi strateji müqaviləyə əsasən İraqda 5 minə yaxın ABŞ əsgəri var.
Müxalifət.az