İraq baş nazirindən İNGİLTƏRƏYƏ TÜRKİYƏ MESAJI

 İraq bnaziri Heydər əl-ibadi Türkiyəyə ixrac edilən neftin keçdiyi sərhəd qapılarında nəzarəti təmin etmədikləri təqdirdə böhranın dərinləşəcəyini bildirib.
 
İraq baş nazirinin mətbuat ofisinin açıqlamasına görə, İbadi, İngiltərə xarici işlər naziri Boris Conson ilə telefonla danışıb.
İbadi , “Federal qüvvələrin ölkə daxilinə və Türkiyəyə ixrac edilən neftin keçdiyi sərhəd qapılarında nəzarəti təmin etməsi lazımdır. Bu baş verməsə, böhran dərinləşər" deyə, Consona bildirib.
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) bu məsələdə sürətli hərəkət etmədiyini qeyd edən İbadi, qan axıdılmasını və vəziyyətin pisləşməsini istəmədiklərini, ancaq IKBY hökuməti və Ərbildəki bəzi partizan mətbuat orqanları İraq güclərini öldürməyə təşviq edir" deyib.
İbadi vəziyyəti dəyərləndirərkən, "Bütün İraqlıların tək bir vətəndə sülh şəraitində yaşamalarına əhəmiyyət veririk. Bu da vəziyyətin pisləşməsinə mane olacaq çəkindirici İraq gücü olmadan reallaşmaz" deyə, fikir söyləyib.
İngilis nazir Conson da İbadi hökumətinin addımlarını dəstəklədiklərini bildirərək, IKBY baş naziri Neçirvan Bərzaninin məsələ ilə bağlı dialoq  istədiyini bildirib.
Müxalifət.az