İraq baş naziri “Kərkükə hərbi əməliyyat” İDDİALARINA CAVAB VERDİ

 İraq baş naziri Heydər əl-ibadi IKBY-nin İraq mərkəzi hökumətinin Kərkük vilayətinə qarşı əməliyyat hazırlığında olduğu iddiasına cavab verib
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın baş naziiri Bərzani hökümətinin “Kərkükə hücum hazırlanır” fikrini yalanlayıb.
İbadi yayılan bu iddialara  "Ordudan xalqımıza qarşı istifadə etməyəcəyik və kürdlərə qarşı müharibəyə başlamayacağıq", cavabını verib.
İraq dövlət televiziyasına açıqlama verən İbadi, "Ordunu xalqa qarşı istifadə etməyəcəyik və kürdlərə qarşı müharibəyə başlamayacağıq", deməklə, Bərzani hökümətinin təxribat xarakterli bu cür yalan iddialarını boşa çıxarıb.
“Iraqın birliyini qorumaq borcumuzdur" deyən İbadi, konstitusiyanın həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və milli sərvətin qorunmasına önəm verdiklərini vurğulayaraq bütün bunların da öz məsuliyyətləri daxilində olduğunu ifadə edib.
Qetd edək ki, İraq Kürd Regional Rəhbərliyi (IKBY) Təhlükəsizlik Agentliyi, dünən verdiyi bəyanatda İraq mərkəzi hökumətinin Kərkük vilayətinə qarşı əməliyyat hazırlığında olduğunu irəli sürmüşdü.
İraq mərkəzi hökuməti sözçüsü Sədi Hədisi isə "Kərkükə hərbi təcavüz" iddiasını təkzib etmişdi.

Müxalifət.az