İraq alman nazirə qadağa qoydu, Merkel işə qarışdı

İraq Baş naziri Heydər Abadi Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Ərbilə səfərinə qadağa qoyub.
Muxalifet.az xəbər verir ki, bu barədə “Döç Velle” məlumat yayıb.
Belə ki, Qabrielin əvvəlcə Bağdada, daha sonra isə Ərbilə səfəri planlaşdırılırdı.
Lakin rəsmi Bağdad ikinci səfərin arzuedilməz olduğunu bildirib.
Bundan sonra məsələyə qarışan kansler Angela Merkel Abadi ilə telefon danışıqlarına başlayıb.
Lakin danışıqların nəticəsiz olması səbəbindən Qabrielin ümumi səfər proqramı ləğv edilib.