İranyönlü İraq milisləri ABŞ əsgərlərini TƏHDİD ETDİ

Baxış sayı:
10

İranın dəstəklədiyi İraqlı milislər, Qüds qərarının ABŞ əsgərlərini bir hədəf halına gətirəcəyini bildiriblər.
 
İranın dəstəklədiyi İraqlı milislər ABŞ-ın “Qüds” qərarı ilə bağlı açıqlama ilə çıxış ediblər.Açıqlamada, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımağa yönəlik qərarının İraqdakı ABŞ qüvvələrinə hücum etmək üçün "qanuni bir səbəb" olacağı deyilib.
Qrupun lideri Ekram əl Kaabi verdiyi bəyanatda "BU, Trampın səfehcə verdiyi qərardır. Bu, İsraili müsəlman xalqlarının ətrafından çıxarmaq üçün qığılcımı alovlandıracaq və Amerika qüvvələrini hədəf seçmək üçün qanuni bir səbəb olacaq" deyə, bildirib.
Müxalifət.az