İranlılar Türkiyəyə köçürlər

Baxış sayı:
7306

İranda 1979-cu il İslam İnqilabından bu yana təxminən iki milyon insanın Türkiyəyə qaçdığı güman edilir. İqtisadi, dini və sosial səbəblər isə illər ərzində artan miqrasiyasıya təkan verir. İranlılar Türkiyədə oxumağa, yeni bir iş qurmağa və ya daşınmaz əmlaklara investisiya qoymağa gəlirlər. Türkiyədə daha yaxşı keyfiyyətli təhsilə, daha çox iş imkanına və investisiya imkanlarına nail olduqlarını qeyd edirlər.
 
“Middle East Eye”-nin xəbərinə görə, xüsusilə gənc İranlıların ailə üzvlərinin israrına baxmayaraq Türkiyədə əbədi yaşamaq istədiyinə dair nümunələr də var. Uzun illər çalışaraq pulunu yığanlar arasında Türkiyədə rahatlıq  axtaranlar da çoxdur. Gələnlər isə Türkiyədə həyatın dollar qarşısında İrandan daha yaxşı olacağı ilə köç edir.
 
MÜLK ALAN İRANLILAR 2018-də ARTIB
 
İrandakı son iqtisadi böhran isə yeni miqrasiya dalğasını da tətikləyir. Türkiyə Statistika İnstitutuna görə, İranlılar tərəfindən Türkiyədə satın alınan mülk sayı 2017-ci ilə (792 mülk) nisbətən, 2018-in ilk altı ayında 944 mülk sayına çatıb.
İranlılar Türk banklarından asan kredit ala bilmələri və İranda getdikcə dəyər itirən mülklərini daha etibarlı olan Türkiyəyə daşımaları ilə güvəndə hiss edirlər.
 
İSTANBUL, ANTALYA VƏ ALANYAYA ÜSTÜNLÜK VERİRLƏR
 
Kompüterdə Fars "Türkiyədə ev almaq" yazılanda yüzlərlə səhifə qarşınıza çıxır və buralarda yeni bir ev almağın müxtəlif yolları ilə yaşayış icazəsi almaq haqqında da məlumatlar təqdim olunur. Tehranda yerləşən İran-Türkiyə Ticarət Palatasının sədri Rza Kami, İranlıların yazdan bu yana Türkiyədə 1000-ə yaxın ev və mənzil satın aldıqlarını bildirib. Bunların dəyəri isə 50.000 dollar ilə 200 min dollar arasında dəyişərkən satın alan şəxsə avtomatik olaraq yaşayış hüququ tanınır. Ancaq Kami, yaşayış hüququnun Türkiyə tərəfindən verilməsinə baxmayaraq çoxu satın almağın investisiya məqsədli aparıldığını da dilə gətirir. Kamiyə görə, vizanın olmaması və aktlarda güzəştlər da İranlılar üzərində təsirli olur.
Xüsusi bir köç şirkətində çalışan Mohsen Azarnejad isə son dörd ayda Türkiyəyə həyat qurmaq üçün gələnlərin və qalmaq istəyənlərin artdığını deyib. Ona görə, İstanbul, Antalya və Antakya İranlıların daha çox üstünlük verdiyi şəhərlərdir.
 
25 FAİZ ARTIM VAR
 
Bir başqa miqrasiya şirkətinin müşaviri olan Hassan Sabouri isə Amerikayla Türkiyənin qarşıdurması və Türkiyənin də hazırda yaşadığı iqtisadi çətinliklərdən dolayı bu vaxtlarda İranı tərk etməyin ağıllı olmadığını deyib. Şəxsi olaraq İrandakı hər şeyini satıb, Türkiyəyə getməyin çox riskli olduğunu bildirib.
 
 ASAM adlı Türkiyədə köçkünlərə yardım edən ən böyük təşkilatlardan birində səkkiz ildir çalışan və adını verməkdən çəkinən bir şəxs son 6 ayda İrandan Türkiyəyə gələnlərin sayının 25 faiz artdığını bildirib.
Müxalifət.az