İranlı polkovnik Suriyada öldürüldü

Baxış sayı:
4368

İran İslam İnqilabı Mühafizəkarları Korpusunun daha bir polkovniki Mehdi Qaraməhəmmədi Suriyada silahlı atışmalar zamanı öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Tesnim” agentliyi məlumat yayıb.
Hərbçinin Deyr əz-Zor vilayəti yaxınlığında öldürüldüyü bildirilib.
Həlak olan polkovnik Mazandaran vilayətinin Amul şəhərində dəfn ediləcək.