​İranlı nazir yəhudiləri təbrik etdi

Baxış sayı:
1153

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Yeni il münasibətilə (Roş-Ha-Şana) yəhudiləri təbrik edib.
Muxalifet.az xəbər verir ki, XİN rəhbəri təbrikini Tvitter səhifəsində çatdırıb.
“Günəş ayla yerini dəyişən zaman yəhudi yurddaşlarımı və bütün dünyadakı yəhudilərə harmoniya və xoşbəxtlik dolu yeni il arzulayıram. Roş-Ha-Şanada xoşbəxtliklər...”, - deyə Zərif qeyd edib.
Qeyd edək ki, yəhudi təqviminə görə, sözügedən bayramla 5779-cu il daxil olur.