İranlı nazir Qərbi Netanyahunun Tutuquşusu adlandırdı

Baxış sayı:
5446

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter hesabından verdiyi açıqlamada, İsrailin iddialarını dəstəklədikləri və bu səbəblə də Qərb ölkələrini tənqid edib.
 
Zərif bu ifadələri bölüşüb:
“Netanyahu əvvəl nüvə bombası zavodunun yanında dayanıb, İranı məhv etməklə təhdid edib. İndi də hər hansı bir məkana çata biləcək təcavüzkar raketləri ilə öyünür və hələ də İranın çəkindirici və müdafiə məqsədli raketlərindən yanıb, yaxılır. Qərb də onun narahatlıqlarını tutuquşu kimi təkrar edir".
Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu avqust ayında Dimonadaki nüvə kompleksi ziyarətində Tehran rəhbərliyini təhdid etmişdi. Netanyahu dünən də İsrail Aviasiya Sənayesi müəssisəsinə etdiyi səfərdə, "Yaxın Şərqin hər hansı bir nöqtəsini hədəf alan və heç bir başqa ölkənin malik olmadığı raketlər hazırladıqlarını" deyib. İsrail rəsmən təsdiqləməsə də regionda nüvə silahlarına sahib yeganə ölkə kimi tanınır. Təl-Əviv rəhbərliyi Nüvə Silahların Yayılmasının Qarşısının Alınması Müqaviləsini (NPT) imzalamaqdan da imtina edir.
Müxalifət.az