İranlı nazir ABŞ sanksiyasını aşdığını söylədi: “Amma necə etdiyimizi deməyəcəm”

Baxış sayı:
13126

İranın paytaxtı Tehranda keçirdiyi mətbuat konfransında açıqlama verən İranın neft naziri Bijen Zəngənə, "ABŞ və İsrailin əleyhinə istifadə etməməsi üçün sanksiyaları necə dəldiyimizi açıqlamıram. Mənim bu mövzularda danışmağım düzgün deyil" deyib.
 
Düşmanlar üçün qaranlıq otaqlarımız var
 
 Zəngənə ölkədəki mövcud vəziyyətin müharibədən daha ağır olduğunu ifadə edərək, “Düşmənlər üçün qaranlıq otaqlarımız var. Dövlət hər şeyi bilir, amma çətinliklər ortadan qalxdıqdan sonra xalqı məlumatlandıracağıq" deyib.
İran inqilabından bu yana neft sənayesində baş verən inkişafdan bəhs edən Zəngənə, 1979-ci ildə sutkada 36 milyon kubmetr olan neft hasilatının bu gün bir milyard 60 milyon kubmetrə və zavodda emal edilən neftin 100 min barreldən, 2 milyon 200 min barrelə çatdığını sözlərinə əlavə edib.
Müxalifət.az