İranlı millət vəkillərindən ABŞ-a maraqlı təpki

Baxış sayı:
12532

 ABŞ-ın İnqilab Mühafizəçilərini terror təşkilatı siyahısına salmasından sonra İran Məclisi maraqlı bir şəkildə etiraz edib. Məclisdəki millət vəkilləri ordunun "xarici terror təşkilatları" siyahısına salınmasını İnqilab Mühafizəçiləri mundirini geyinərək təpki göstərib.
 
İran Məclisinin sədri Əli Laricani və millət vəkilləri ABŞ-ı etiraz etmək üçün Məclisə İnqilab Mühafizəçilərinin hərbi formasında gəlib.
İranlı deputatlar ABŞ prezidenti Donald Trampın İnqilab Mühafizəçiləri Ordusunu (İMO) "xarici terror təşkilatları" siyahısına almasına "hərbi geyimlə" təpki göstərib.
İranda İMO gününə təsadüf edən Məclis iclasında millət vəkilləri və sədr Laricani İnqilab Mühafizəçilərinin hərbi formasını geyinərək iştirak edib.
Müxalifət.az