​İranlı jurnalistə 13 ilə yaxın iş verildi, üstəlik də...

Baxış sayı:
5092

İranlı müxalif lider Mehdi Qərrubinin bir müddət məsləhətçisi olan xanım jurnalist Həngamə Şəhidi 12 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında Şəhidinin vəkili Mustafa Turk Həmədani deyib. Onun sözlərinə görə, həbs cəzasından əlavə, Şəhidinin 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmasına və xarici ölkəyə getməsinə qadağa qoyulub.
Həmədani məhkəmə qərarına etiraz edəcəyini bildirib.
Qeyd edək ki, H.Şəhidi 2008-ci ildə müxalif lider və prezidentliyə namizəd Mehdi Qərrubinin məsləhətçisi kimi fəaliyyət göstərib. O bundan əvvəl də müxalif çıxışlarına görə həbs edilib.