​İranlı hakerlər ABŞ telekanalına HÜCUM ETDİ

ABŞ-ın Ədliyyə Nazirliyi dekabr ayında bir sıra hallarla, o cümlədən İran vətəndaşları ilə bağlı istintaqa başlayacaq.
Bu barədə “Vaşinqton Post” informasiya yayıb.
Məlumata görə, İran hakerləri HBO teleşəbəkəsinə qarşı kiberhücum təşkil edib və 1.5 terabayt informasiya, o cümlədən “Taxt oyunları” (Game of Thrones) serialının skriptlərini əldə ediblər. Hakerlər sonrakı mərhələdə informasiyanı yaymamaq üçün telekanaldan pul tələb etməyi planlaşdırıblar.