İranlı diplomatdan Suriya əməliyyatı ilə bağlı ŞOK AÇIQLAMA

Baxış sayı:
1414

İranlı diplomat: Suriyaya edilən hücum Səudiyyə Ərəbistanının pulunu almaq üçün edildi.
 
Amerika, Fransa və İngiltərənin Suriyaya qarşı təşkil etdiyi hərəkat, gündəmdəki yerini qoruyur.
İran prezidenti Həsən Ruhani'nin hücumu şiddətlə qınamasından sonra İranın dini lideri Xameneyiyə yaxınlığıyla bilinən bir şəxs daha Səudiyyə Ərəbistanına təpki göstərib.
 
SƏUDİYYƏ əRƏBİSTANININ ROLU
 
İran İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd İbrahim Rizayi, Suriyaya təşkil edilən hücumun arxasında Səudiyyə Ərəbistanının olduğunu bildirib.
 
“SƏUDİYYƏYƏ DAMAZLIQ İNƏK KİMİ BAXIRLAR”
 
İranlı diplomat, "Suriyada baş verənlər daha çox psixoloji xarakter daşıyır və hərbi bir şoudur. Bu hücum, Səudiyyə Ərəbistanının mövcud maliyyə qaynaqlarını daha çox istifadə etmək üçün edildi. Çünki bu ölkələrin liderləri dəfələrlə söylədiyi kimi, Səudiyyə Ərəbistanına damazlıq inək gözüylə baxırlar" deyə, söyləyib.
Müxalifət.az