İranla sərhəddə YENƏ ATƏŞ SƏSLƏRİ: 6 silahlı, bir ölü...

Baxış sayı:
9475

Külli miqdarda heroin və tiryək, güclü təsirli psixotrop maddələr və silahlar ələ keçirildi; DSX rəisi İranın sərhəd komissarı ilə görüşdü; üç gün ərzində sərhədin iki müxtəlif istiqamətində baş vermiş qanlı hadisə diqqəti iki mühüm məsələyə yönəldir

Martın 10-da İran-Azərbaycan sərhədində atışmada bir hərbçimizin həlak olması və digərinin yaralanmasından sonra yenidən gərginlik yaşanıb. Martın 12-si saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qonşunlarının “Göytəpə” sərhəd dəstəsınin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası komandası dərhal həyəcan siqnalı ilə  qaldırılıb və xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıb.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb.  Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib. İran sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Картинки по запросу Elçin Quliyev iranla sərhəddə

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib. DSX rəisi İranın Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.

Sərhədin pozulmasının qarşısını alan hərbi qulluqçular təltif edilib.

Картинки по запросу Elçin Quliyev iranla sərhəddə

Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirir.

“Yeni Müsavat” xatırladır ki, martın 10-da  06:50 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

Картинки по запросу kiçik çavuş Səxavət Məmmədov

Sərhəd komandanlığı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və sərhəd pozucuları ilə atışmada sərhəd komandanlığının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Səxavət Məmmədov sinəsindən aldığı güllə yarasından həlak olub. Naryadın üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Vidadi Cəbrayılov isə əlindən yaralanıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

Картинки по запросу Elçin Quliyev iranla sərhəddə

DSX rəisinin əmri ilə xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə onlar “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.

Üç gün ərzində İranla sərhədin iki müxtəlif istiqamətində baş vermiş qanlı hadisə diqqəti iki məsələyə yönəldir. Birinci məsələ İran tərəfindən sərhədin qorunmasındakı aşkar boşluqdur. Azərbaycan tərəfi İranla sərhəd məsələsində həmişə diqqətli olmağa çalışıb və bu işdə DSX-nin xüsusi fəaliyyəti qeyd edilməlidir. İran rəsmilərinin qarşılıqlı səfərlərində də rəsmi Bakı əsas diqqəti sərhəd təhlükəsizliyi məsələsinə yönəldir. Aydındır ki, rəsmi Tehran da Azərbaycanla sərhəddə təhlükəsizlikdə maraqlıdır.

Картинки по запросу Elçin Quliyev iranla sərhəddə

Ciddi sanksiyalar basqısı altında olan İranın indi ən ümdə məsələsi həm də sərhəd təhlükəsizliyidir. Azərbaycan bu məsələdə həmişə həssaslığı qoruyur və bundan sonra da  bu prinsipə sadiqdir. Amma belə görünür ki, İranın təkcə İraqla deyil, həm də Azərbaycanla sərhəddə müəyyən boşluqlar var. Bu boşluqlardan isə əlbəttə ki, ilk növbədə narkotacirlər yararlanmağa çalışır.

Qeyd edək ki, sonuncu dəfə yanvarın 9-da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi arasında görüş olub. Görüş İranın Biləsuvar şəhərində keçirilib.

Tərəflər sərhəd təhlükəsizliyinin təminatı məsələləri, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya ilə mübarizə sahəsində sərhəd-mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir mübadiləsi aparıb.

Yeri gəlmişkən, bu ilin fevralında da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində atışma olub.                    

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb./musavat