İranla sərhəddə 9 cəsəd tapıldı

Baxış sayı:
4120

Türkiyədə Van vilayətinin Başqala rayonunun İranla sərhədində 9 kişi cəsədi tapılıb.
 
İranla sərhəddəki cəsədləri görənlər vəziyyəti jandarmaya xəbər verib.
Hərəkətə keçən jandarma komandoları Liz Dərəsi yaxınlığında 9 kişi cəsədini aşkar edib. Qar əriməyə başlaması ilə ortaya çıxan cəsədlərin qış aylarında sərhəddən keçərkən donaraq ölən nizamsız miqrantlara aid olduğu müəyyən edilib.
Çöl heyvanlarının hücumu nəticəsində bədən bütövlüyü pozulan cəsədlər prokurorluğun araşdırmasından sonra meyitin yarılması üçün Van Ədliyyə Tibb Müəssisəsinə göndərilib.
Müxalifət.az