İranla nüvə müqaviləsini dəstəkləyən dövlətlər Vyanada görüşür

Baxış sayı:
2421

ABŞ-ın birtərəfli qaydada çıxmasının ardınca İranla 2015-ci ildə imzalanmış beynəlxalq nüvə sazişini xilas etmək istəyən ölkələr bazar günü Avstriyanın paytaxtı Vyanada toplaşır.
Müqavilədən çıxan ABŞ nümayəndələri istisna olmaqla diğər imzaçı ölkələr - Almaniya, Fransa, Britaniya, Rusiya və Çin ilə İran nümayəndələri bu növbədənkənar iclasda iştirak edəcəklər.
Gözlənildiyinə görə, görüşün gedişində İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiya təzyiqinin azaldılması istiqamətində mümkün addımlar müzakirə ediləcək.
İclasa Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Baş katibi Helga Schmid sədrlik edəcək.
Toplantıdan öncə İran Atom Enerjisi Təşkilatı (İAET) Arak şəhərindəki ağır su ilə işləyən nüvə reaktorunun yeniden işə salınacağını bildirib.
İAET-in rəhbəri Əli Əkbər Salehi bazar günü İran parlamentinin üzvləriylə görüşdə Arakdakı ağır su nüvə reaktorunun işə salınacağını deyib, İranın ISNA agentliyi xəbər verib.
ISNA agentliyi həmin görüşdə iştirak etmiş parlament üzvünə istinad edib.
Ağır sudan nüvə reaktorunda plutonium hasil oluna bilər, plutoniumdan isə nüvə silahı üçün başlıqlar hazırlanır.
ABŞ İranla nüvə sazişindən birtərəfli qaydadada 2018-ci ildə çıxdıqdan və İrana qarşı sanksiyalar tətbiq etdikdən sonra, Tehran bu ilin may ayından başlayaraq nüvə sazişinin bəzi bəndlərinə əməl edilməsini dayandırıb.
Odur ki, Vyanada bu gün görüş keçiriən İran nüvə razılaşmasının qalan iştirakçıları sövdələşməni xilas etmək istiqamətində mümkün addımları müzakirə edəcəklər.